“Ağdaş Pambıq” səhmdarlarına hesabat verəcək

“Ağdaş Pambıq” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
6 Aprel , 2017 09:10
“Ağdaş Pambıq” səhmdarlarına hesabat verəcək

Bakı. 6 aprel. REPORT.AZ/ Mayın 22-də, saat 11:00-da “Ağdaş Pambıq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, yığıncaq Cəmiyyətin yerləşdiyi Ağdaş rayonunun Ləki qəsəbəsində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti haqqında məruzənin dinlənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Ağdaş Pambıq” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 149 280 manatdır. 

Son xəbərlər

Orphus sistemi