ABŞ və Kanada şirkətləri Azərbaycan bazarını tərk edir

ABŞ və Kanada şirkətləri Azərbaycan bazarını tərk edir Kreditorlar tələblərini 2-3 ay ərzində bildirə bilərlər
Biznes
23 Noyabr , 2016 09:56
ABŞ və Kanada şirkətləri Azərbaycan bazarını tərk edir

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-ın "Chemonics İnternational İnc." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 3 ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 8, mənzil 105 ünvanına bildirə bilərlər.

Bundan başqa, "CHC Global Operations Canada (2008) ULC" şirkətinin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Kreditorların tələbləri 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 45a ünvanında qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi