ABŞ-ın dövlət katibi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edib

ABŞ-ın dövlət katibi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edib ABŞ-ın dövlət katibi Maykl Pompeo Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsini (Brexit) şərh edib.
Biznes
1 Fevral , 2020 14:38
ABŞ-ın dövlət katibi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsini şərh edib

ABŞ-ın dövlət katibi Maykl Pompeo Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsini ("Brexit") şərh edib. 

“Report”un xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu barədə "Twitter” hesabında yazıb. 

"Çox şadam ki, Avropa ölkələri “Britaniya xalqının seçiminə hörmətlə yanaşaraq” “Brexit” məsələsində razılığa gələ biliblər. Biz bu ölkə ilə güclü, məhsuldar və firavan əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”, - o qeyd edib. 

Xatırladaq ki, Böyük Britaniya ötən gün saat 23:00-da rəsmən Aİ-ni tərk edib. O, bu ittifaqda 47 il təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi