ABŞ konqresmenləri Gürcüstanda Azərbaycanın tərəfdaşı olduğu terminalın inşası ilə tanış olublar

ABŞ konqresmenləri Gürcüstanda Azərbaycanın tərəfdaşı olduğu terminalın inşası ilə tanış olublar Gürcüstanda səfərdə olan ABŞ konqresmenləri - Adam Kinzinger və Aleks Muni Batumi limanına baş çəkiblər.
Biznes
7 Noyabr , 2019 13:41
ABŞ konqresmenləri Gürcüstanda Azərbaycanın tərəfdaşı olduğu terminalın inşası ilə tanış olublar

Gürcüstanda səfərdə olan ABŞ konqresmenləri - Adam Kinzinger və Aleks Muni Batumi limanına baş çəkiblər.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ABŞ rəsmiləri limanın potensialı və yeni multimodal terminalın inşası ilə bağlı aparılan işlərlə tanış olublar.

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze terminalın Gürcüstan və bölgə üçün əhəmiyyətindən danışıb. O qeyd edib ki, yeni terminalın inşası ABŞ investisiyaları əsasında aparılır: “Yeni terminal yalnız Acarıstan üçün deyil, bütün Gürcüstan üçün yeni imkanlar yaradacaq”.

Bildirilib ki, limanın inşasına ABŞ-ın “Trammo” korporasiyası “Wondernet Express Investment Group” şirkəti ilə birgə 20 mln. dollar sərmayə ayırıb. Layihəyə əsasən, Mərkəzi Asiya ölkələri, Azərbaycan və Gürcüstan arasında Qara dəniz limanları vasitəsilə loqistika dəhlizinin yaradılması nəzərdə tutulub. Terminal müasir yük doldurma/boşaltma texnikası ilə təchiz olunacaq.

ABŞ konqresmenləri terminalın inşasının region üçün böyük önəm kəsb etdiyini deyiblər.

A.Kinzinger qeyd edib ki, terminal yeni iş yerləri yaratmaqla yanaşı iqtisadi artımı da təşviq edəcək.

Qeyd edək ki, “Wondernet Express Investment Group” şirkəti Batumi limanında yeni terminal layihəsi üzrə əsas tərəfdaşlar olan “Gürcüstan dəmir yolları” SC, Batumi limanı, “Azərbaycan dəmir yolları” QSC və Bakı limanı ilə sazişlər imzalayıb.

Son xəbərlər

Orphus sistemi