ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Azərbaycandadır

ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Azərbaycandadır Dövlət Gömrük Komitəsində (DGK) ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.
Biznes
9 Sentyabr , 2021 16:29
ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Azərbaycandadır

Dövlət Gömrük Komitəsində (DGK) ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Orta Asiya Regionu üzrə rəis müavini Robert Eller və digər səlahiyyətli şəxslər iştirak ediblər.

M. Rəsulov ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluqla bəhs edib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın, xüsusilə məlumat mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.

Eyni zamanda DGK əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi