ABŞ-ın maliyyə naziri: "Çinlə ticarət məsələlərinə dair "əsas razılıq" əldə edilib"

ABŞ-ın maliyyə naziri: "Çinlə ticarət məsələlərinə dair "əsas razılıq" əldə edilib" ABŞ ötən həftə Çinlə ticarət məsələlərinə dair əsas razılıq əldə edib.
Biznes
14 Oktyabr , 2019 17:17
ABŞ-ın maliyyə naziri: Çinlə ticarət məsələlərinə dair əsas razılıq əldə edilib

ABŞ ötən həftə Çinlə ticarət məsələlərinə dair "əsas razılıq" əldə edib.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Steven Mnuçin məlumat verib. 

Bununla belə, onun sözlərinə görə, iki ölkə arasında hələ üzərində iş gedən və razılaşdırılmalı olan bir çox sənədlər var. 

ABŞ rəsmisi prezident Donald Trampın və onun Çindən olan həmkarı Si Tsinpinin gələn ay yekun sazişə imza atacaqlarını gözlədiklərini də qeyd edib. 

Son xəbərlər

Orphus sistemi