ABŞ-dan Azərbaycana kürü əvəzedicilərinin tədarükü bərpa edilib
- 01 sentyabr, 2022
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Azərbaycana 215 min ABŞ dolları dəyərində 13,9 ton balıq kürüsünün əvəzediciləri idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,4 % azdır, kəmiyyət olaraq – 3 % çoxdur.
Hesabat dövründə Rusiyadan 124 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 15 % azalıb) 4,7 ton (+23,6 %), Belarusdan 88 min ABŞ dolları dəyərində (-14,3 %) 9,1 ton (+0,2 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,5 min ABŞ dolları dəyərində 0,04 ton, Almaniyadan 0,4 min ABŞ dolları dəyərində (-59,8 %) 0,01 ton (-50 %) və Lüksemburqdan 0,35 min ABŞ dolları dəyərində (-25,5 %) 0,01 ton (dəyişməyib) məhsul alınıb.
İki il 10 aylıq fasilənin ardından ABŞ-dan tədarük bərpa edilib.