ABŞ Azərbaycana pivə ixracını bərpa edib
- 28 aprel, 2022
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk iki ayında Azərbaycan 162,74 min ABŞ dolları dəyərində 13,02 min dekalitr səməni pivəsi idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,1 %, kəmiyyət olaraq – 43,4 % azdır.
Hesabat dövründə Türkiyədən 41,79 min ABŞ dolları dəyərində 2,98 min dekalitr, Almaniyadan 34,85 min ABŞ dolları dəyərində 2,11 min dekalitr, Rusiyadan 33,63 min ABŞ dolları dəyərində 3,41 min dekalitr, Çexiyadan 18,64 min ABŞ dolları dəyərində 1,35 min dekalitr, Belçikadan 11,49 min ABŞ dolları dəyərində 0,53 min dekalitr pivə gətirilib.
Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyədən idxal müvafiq olaraq 5,1 % və 24,9 % azalıb, Almaniyadan – 18 dəfə və 19 dəfə artıb, Rusiyadan – 73 % və 76,6 % azalıb. Ötən ilin yanvar-fevral aylarında Çexiya və Belçikadan pivə alınmayıb.
Dörd il 1 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından tədarük bərpa edilib. Bu ölkədən 0,13 min ABŞ dolları dəyərində 0,01 min dekalitr məhsul idxal edilib.