“Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun sahibkarlarla görüşməsi çox vacib idi. Bu həmin qurumun atdığı ilk addım idi”.
Bunu “Report”a açıqlamasında "Azərsun Holdinq" MMC-nin rəhbəri Abdolbari Goozal deyib.
"Prezidentin təklifindən sonra məmurlar hərəkətə keçib ki, özəl sektorla danışsın və problemləri yaxından eşitsin. AMB-nin keçirdiyi görüşün nəticəsi o oldu ki, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şura yaradılacaq. Bundan sonra da müzakirələr ola bilər. İstənilən halda bunlar çox yaxşı bir addımlardır və davam edəcək. Biz özəl sektor olaraq dövlət qurumları ilə daha yaxından işləyəcəyik və onlar da problemləri anlayıb daha yaxşı tədbir görəcəklər”.
Holdinq rəhbəri 2020-ci il üçün planları haqqında da danışıb: “Bu il mövcud istehsal sahələrini inkişaf etdirmək, əksiklikləri aradan qaldırmaq və işimizi daha müasir səviyyəyə çatdırmaq istəyirik".