Gürcüstandan Azərbaycana 5 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana 5 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı idarə etdiyi BMW 325 markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Biznes
2 Aprel , 2019 13:14
Gürcüstandan Azərbaycana 5 ədəd mobil telefonun qanunsuz gətirilməsinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı idarə etdiyi "BMW 325" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dam örtüyündə gizlədilən 2 ədəd "Redmi Note 7", 2 ədəd "Mi A2" və 1 ədəd "Samsung Galaxy J4" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi