2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq

2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə (UNSDCF) 2025-ci ilə qədər Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 %-ə çatdırılması hədəflənir.
Biznes
14 Mart , 2023 13:39
2025-ci ilədək Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payı 35 %-ə çatdırılacaq
Hüseyn Hüseynov

BMT-nin “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi”ndə (UNSDCF) 2025-ci ilə qədər Azərbaycanda kiçik və orta müəssisələrin ÜDM-dəki payının 35 %-ə çatdırılması hədəflənir.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Çərçivə sənədinin icrası üzrə Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.

Onun sözlərinə görə, bu hədəfə nail olmaq üçün kiçik və orta biznesin dəstəklənməsi istiqamətində layihələrin sayının artırılması və əhatə dairəsini genişləndirilməsinə ehtiyac var: "BMT-nın agentliklərinin və hökumətin bu istiqamətdə səylərinin artırılması gözlənilən əsas hədəflərdəndir".

H. Hüseynov əlavə edib ki, bu sənəddə əsas nəticə kimi əmək bazarının layiqli transformasiyası və layiqli əməyə çıxış göstərilib:"Birinci indikatorda işləməyən, təhsil almayan, peşə təlimi keçməyən gənclərin xüsusi çəkisi qeyd edilib. Bu xüsusilə 15-24 yaşlı gəncləri əhatə edir. İkinci indikatorda işçilərin orta saat hesabı əmək haqqı, cins yaş üzrə bölgüsü əsas yer tutub. Üçüncü indikator isə bu beynəlxalq əmək təşkilatının sənədli mənbələri və milli qanunvericiliyə əsaslanan əmək hüquqlarının milli səviyyədə riayət edilməsi vəziyyəti ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi