Bakı. 18 aprel. REPORT.AZ/ABŞ-da Texas ştatında Sul Ross Dövlət Universitetinin Rio Qrande kollecində "Azərbaycan - ziddiyyətlər ölkəsi" filminin təqdimatı olacaq.
"Report" "Del Rio News"a istinadən xəbər verir ki, təqdimatı kollecin professoru Uesli Vin və Los-Ancelesdən olan ekoloji fəal və kinorejissor Nensi Pirlman keçirəcək.
Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək.