Yuxarı
    Bağlamaq

    Texasda Azərbaycanla bağlı təqdimat keçiriləcək

    Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək

    Bakı. 18 aprel. REPORT.AZ/ABŞ-da Texas ştatında Sul Ross Dövlət Universitetinin Rio Qrande kollecində "Azərbaycan - ziddiyyətlər ölkəsi" filminin təqdimatı olacaq.

    "Report" "Del Rio News"a istinadən xəbər verir ki, təqdimatı kollecin professoru Uesli Vin və Los-Ancelesdən olan ekoloji fəal və kinorejissor Nensi Pirlman keçirəcək.

    Təqdimat zamanı mədəniyyət, dini tolerantlıq, ölkənin iqtisadi inkişafı barədə müzakirələr keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi