​Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında "soyqırımı" sözündən istifadə etməyib

​Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında "soyqırımı" sözündən istifadə etməyib ABŞ prezidenti Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı mövqeyinin dəyişmədiyini bildirib
Xarici siyasət
24 Aprel , 2015 08:00
​Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında soyqırımı sözündən istifadə etməyib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 100 illiyi ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə etməyib.

"Report"un "Associated Press"ə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti çıxışı zamanı qeyd edib ki, "1915-ci ildə erməni əhalisinin kütləvi qətlinin ildönümü tarixi qoruyub saxlamağa və ötənlərlə hesablaşmağa çağırışdır".

O, həmçinin bu barədə dəfələrlə danışdığını və 1915-ci il hadisələri ilə bağlı mövqeyinin dəyişmədiyini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi