Yuxarı

​Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında "soyqırımı" sözündən istifadə etməyib

ABŞ prezidenti Osmanlı imperiyasında baş verən hadisələrlə bağlı mövqeyinin dəyişmədiyini bildirib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 100 illiyi ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə etməyib.

"Report"un "Associated Press"ə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti çıxışı zamanı qeyd edib ki, "1915-ci ildə erməni əhalisinin kütləvi qətlinin ildönümü tarixi qoruyub saxlamağa və ötənlərlə hesablaşmağa çağırışdır".

O, həmçinin bu barədə dəfələrlə danışdığını və 1915-ci il hadisələri ilə bağlı mövqeyinin dəyişmədiyini dilə gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi