Novruz Məmmədov: “Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”

Novruz Məmmədov: “Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır” "Aralıq dənizi artıq böyük bir qəbiristanlığa çevrilib"
Xarici siyasət
21 Aprel , 2015 09:58
Novruz Məmmədov: “Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”

Bakı. 21 aprel. REPORT.AZ/ “İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində yazıb.

“Aralıq dənizi artıq böyük bir qəbiristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər dənizi” adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdılar. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”, - N.Məmmədov yazıb.

Qeyd edək ki, BMT-nin məlumatına görə, aprelin 19-da İtaliya sahillərində Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində 800 miqrant həlak olub. Ümumilikdə 30-a yaxın sərnişin xilas edilib.

Son xəbərlər

Orphus sistemi