Yuxarı

Novruz Məmmədov: “Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”

Aralıq dənizi artıq böyük bir qəbiristanlığa çevrilib

Bakı. 21 aprel. REPORT.AZ/ “İnsan haqlarına bu qədər “qayğı” göstərən bəzi Avropa dövlətləri Aralıq dənizində Avropa arzusu ilə ölən minlərlə afrikalının taleyinə gündəlik hadisə kimi baxır”. “Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz twitter səhifəsində yazıb.

“Aralıq dənizi artıq böyük bir qəbiristanlığa çevrilib. Bu dənizə “Arada ölənlər dənizi” adı vermək daha məntiqli olar. Müstəmləkə sistemi dağılan vaxtlar Avropa ölkələri Afrika və asiyalılara qapıları açmışdılar. Bu da geosiyasi məhəbbətin göstəricisi idi”, - N.Məmmədov yazıb.

Qeyd edək ki, BMT-nin məlumatına görə, aprelin 19-da İtaliya sahillərində Aralıq dənizində gəminin qəzaya uğraması nəticəsində 800 miqrant həlak olub. Ümumilikdə 30-a yaxın sərnişin xilas edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi