NATO baş katibi: "Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır"

NATO baş katibi: "Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır" Stoltenberq: "Rusiya Avropa təhlükəsizlik qaydalarını pozur"
Xarici siyasət
13 Fevral , 2016 13:29
NATO baş katibi: Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır

Bakı. 13 fevral. REPORT.AZ/ "Rusiya Avropa təhlükəsizlik qaydalarını pozur. NATO-nun cavabı da güclü olmalıdır".

"Report" xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

"Bizim aydın prinsiplərimiz var, sərhədlər pozulmamalıdır", - deyə baş katib bildirib.

Stoltenberq şəffaflığı artırmaq və insident riskini azaltmaq məqsədilə NATO ilə Rusiya arasında dialoqun əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi