Martın 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilati məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri
Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sonra Narkotiklərlə Mübarizə üzrə 36-ci Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib.
Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.