​Meksika Senatında Novruz bayramı mərasimi keçirilib

​Meksika Senatında Novruz bayramı mərasimi keçirilib Senatda 10 gün ərzində fotosərgi keçiriləcək
Xarici siyasət
20 Mart , 2015 10:43
​Meksika Senatında Novruz bayramı mərasimi keçirilib

Bakı. 20 mart. REPORT.AZ/ Meksika Senatında Novruz bayramına həsr olunmuş xüsusi mərasim keçirilib. Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan səfirliyinin təşəbbüsü və Meksika Senatının təşkilati dəstəyi ilə keçirilmiş tədbirdə Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan respublikalarının Mexikodakı səfir və diplomatik heyəti, Meksika Senatının üzvləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri və dəvət edilmiş digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində sözügedən ölkələrin nümayəndələri tərəfindən təntənəli zeytun ağacəkmə və bu ağacın Azərbaycan, Türkiyə, İran, İraq, Pakistan, Gürcüstan və Qazaxıstan xalqlarının Meksika Senatına həddiyyəsi olduğunu əks etdirən xatirə lövhəsinin açılş mərasimi keçirilib.

Mərasim iştirakçılarını salamlayan Meksika Senatının Xarici əlaqələr Komitəsinin sədri xanım Qabriela Kuevas Barron tədbirin keçirilməsi təşəbbüsünə görə Azərbaycan səfirliyinə təşəkkür, Novruz bayramının tarixi və beynəlxalq Növruz ənənələri mövzusunda çıxış edib.

Mərasimdə çıxış edən İran və Türkiyə səfirləri Novruz bayramının tarixi-mədəni irsi və xüsusiyyətlərindən bəhs ediblər.

Tədbirdə iştirakçı ölkələrin Novruz ənənələrini əks etdirən fotosərgi keçirilib, habelə mərasim iştirakçılarına Azərbaycan milli mətbəxinə aid şirniyyat nümunələrindən ibarət ziyafət verilib. Sərgi Senatda 10 gün müddətində davam edəcək.

Son xəbərlər

Orphus sistemi