Gürcüstanın Azərbaycandakı səfiri Tbilisidə diplomatik missiya rəhbərlərinin iclasında iştirak edəcək

Gürcüstanın Azərbaycandakı səfiri Tbilisidə diplomatik missiya rəhbərlərinin iclasında iştirak edəcək İclasda ölkənin xarici işlər naziri Mixeil Janelidzenın çıxış edəcəyi gözlənilir
Xarici siyasət
25 İyul , 2016 14:36
Gürcüstanın Azərbaycandakı səfiri Tbilisidə diplomatik missiya rəhbərlərinin iclasında iştirak edəcək

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 26-da Tbilisidə Gürcüstanın ölkə xaricindəki diplomatik missiyalarının rəhbərlərinin növbəti iclası keçiriləcək.

"Report" xəbər verir ki, tədbirdə, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edəcək. Səfir artıq ambassadorialda iştirak etmək üçün Tbilisiyə yola düşüb.

İclasda ölkənin xarici işlər naziri Mixeil Janelidzenın çıxış edəcəyi, həmçini səfirlər və baş konsullarla dünyada və regionda olan əsas problemlər, eləcə də gürcüstanlı diplomatlar qarşısında qoyulmuş gələcək vəzifələri müzakirə edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi