Fələstin səfiri: "ABŞ səfirliyinin Qüdsə köçürülməsi bu şəhərin statusuna heç bir hüquqi təsir göstərmir"

Fələstin səfiri: "ABŞ səfirliyinin Qüdsə köçürülməsi bu şəhərin statusuna heç bir hüquqi təsir göstərmir" Bakı. 15 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp onun üçün tipik olan nihilist dağıdıcı fəaliyyəti ilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üzrə öhdəliyini yerinə yetirdi. Bu, beynəlxalq hüququn, BMT-nin qətnamələrinin və ABŞ-ın yazılı öhdəliklərinin kobud şəkildə pozulması deməkdir. Bu addım regional və beynəlxalq liderlərin bütün xəbərdarlıqlarına baxmayaraq atıldı və bu, regionda istənilən sülh və sabitlik üçün ciddi zərbə olacaq.
Xarici siyasət
15 May , 2018 15:29
Fələstin səfiri: ABŞ səfirliyinin Qüdsə köçürülməsi bu şəhərin statusuna heç bir hüquqi təsir göstərmir
Report
0 : 00
0 : 00

Bakı. 15 may. REPORT.AZ/ "ABŞ prezidenti Donald Tramp onun üçün tipik olan nihilist dağıdıcı fəaliyyəti ilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üzrə öhdəliyini yerinə yetirdi. Bu, beynəlxalq hüququn, BMT-nin qətnamələrinin və ABŞ-ın yazılı öhdəliklərinin kobud şəkildə pozulması deməkdir. Bu addım regional və beynəlxalq liderlərin bütün xəbərdarlıqlarına baxmayaraq atıldı və bu, regionda istənilən sülh və sabitlik üçün ciddi zərbə olacaq".

Bunu "Report"a Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim deyib.

"Bu addım Qüdsün statusuna heç bir hüquqi təsir göstərmir. ABŞ-da və onun ekstremist müttəfiqi İsraildə nə deyilməsindən asılı olmayaraq, Qüds yenə də Fələstin şəhəri olmağa davam edəcək. Çünki min illərdir hər bir daş, hər bir bina müqəddəs şəhərin fələstinli müsəlman və xristian mənşəli olduğuna şəhadət edir", - səfir bildirib.

"Dünən bir tərəfdən Trampın komandasının israilli dostları ilə Qüdsdə səfirlik açılmasını qeyd etdiyini, digər yandan isə minlərlə silahsız mülki fələstinlinin bu addıma dərhal verdiyi cavabı gördük. Etiraz etmək hüququndan yararlanan zaman onlarla fələstinlinin öldürüldüyünə şahid olduq" - Fələstinin dövlətinin səfiri vurğulayıb.

"Fələstin dövləti ən qətiyyətli şəkildə ABŞ-ın siyasətini pisləyir və distruktiv siyasətə qarşı mübarizədə ərəb, müsəlman və beynəlxalq ictimaiyyətlə koordinasiya halında bütün diplomatik, hüquqi və siyasi vasitələrdən istifadə edəcək və sülhə nail olmaq və İsrailin işğalını son qoymaq üçün beynəlxalq mexanizmin yaradılmasına çalışacaq", - Nasir Əbdül Kərim qeyd edib.

Onun sözlərinə görə, ABŞ, əlbəttə ki, super hərbi, siyasi və iqtisadi gücə malikdir, lakin beynəlxalq hüquqa, qlobal qəbul edilmiş qaydalara, dünyada üzərinə götürüdüy öhdəliklərə riayət etməməklə özünü təcrid edir və etibarlılığını azaldır.

Son xəbərlər

Orphus sistemi