Azərbaycanla Qırğız Respublikası iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycanla Qırğız Respublikası iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir Bakı. 20 sentyabr. REPORT.AZ/ QırğızRespublikası parlamentinin sədri Dastan Cumabəyov Bakıda TürkPA katibliyində olub.
Xarici siyasət
20 Sentyabr , 2018 12:59
Azərbaycanla Qırğız Respublikası iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir
Report
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ QırğızRespublikası parlamentinin sədri Dastan Cumabəyov Bakıda TürkPA katibliyində olub.

“Report”un xəbərinə görə, burada nitq söyləyən qonaq vurğulayıb ki, Qırğız Respublikası ilə Azərbaycan arasında sadəcə siyasi yox, qardaş münasibətləri var: "Biz həmişə bir yerdə olmuşuq, bundan sonra da olacağıq. Türkdilli Dövlətlərin Parlament Assambleyasının üzv ölkələri böyük potensiala malikdir. Biz bu potensialı səmərəli istifadə edərək bir-birimizi dəstəkləməliyik”.

D.Cumabəyov həmçinin bildirib ki, iki ölkə arasındakı 5 milyon dollarlıq əmtəə dövriyyəsi bizi qane etmir: “Ona görə də əməkdaşlığımızı genişləndirməyin yolları barədə müzakirə aparırıq. Həmçinin yaxın vaxtda Bakıdan Bişkekə birbaşa aviareys açmaq barədə Azərbaycan tərəfinə təklif vermişik”.

Qeyd edək ki, bu il TürkPA-ya Qırğız Respublikası sədirlik edir.

Son xəbərlər

Orphus sistemi