Azərbaycan və Meksika nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan və Meksika nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirir Bakı. 31 yanvar. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini yanvarın 31-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb.
Xarici siyasət
31 Yanvar , 2018 15:43
Azərbaycan və Meksika nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığı gücləndirir
Report

Bakı. 31 yanvar. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini yanvarın 31-də Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşüb.

Səfirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir nəqliyyat sektorunda yeniliklər və həyata keçirilmiş son layihələr haqqında ümumi panoramanı təqdim edib, eyni zamanda onların tək ölkə üçün deyil, bütün region üçün əhəmiyyətli olduğunu qeyd edib. Bundan əlavə, o, kosmik və İKT sahələrində əldə olunan nailiyyətləri vurğulayıb.

Səfir R.Labardini, öz növbəsində, Meksikada rabitə və yüksək texnologiyaların inkişafı, eyni zamanda nəqliyyatın müasirləşmiş şəbəkəsindən danışıb. Bu baxımdan, o, iki okeana – Sakit və Atlantik okeanlarına çıxışı olduğu üçün Meksikanın dəniz limanlarının əhəmiyyətini qeyd edib. Səfir vurğulayıb ki, Meksika liman sisteminin məqsədi illik 260 milyon tondan 520 milyon tona və daha artıq rəqəmə keçmək üçün əməliyyat qabiliyyətini ikiqat artırmaqdır.

Tərəflər həmçinin hər iki ölkədə internet istifadəsi və hava əlaqəsi haqqında fikir mübadiləsi aparıblar. 

Son xəbərlər

Orphus sistemi