Azərbaycan Prezidenti ​İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan Prezidenti ​İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib "Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır"
Xarici siyasət
16 Dekabr , 2014 20:10
Azərbaycan Prezidenti ​İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidenti xanım Simonetta Sommaruqaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli xanım Sommaruqa, İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Son xəbərlər

Orphus sistemi