Azərbaycan Prezidenti Çex Respublikasının dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Çex Respublikasının dövlət başçısını təbrik edib Məktub Çex Respublikasının milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
27 Oktyabr , 2017 18:12
Azərbaycan Prezidenti Çex Respublikasının dövlət başçısını təbrik edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi