AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib

AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib Hakim vəzifəsinə Azərbaycandan olan namizədlər Komitənin sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib Azərbaycanı
Xarici siyasət
6 Oktyabr , 2016 18:21
AŞPA Komitəsi Azərbaycanın AİHM-də hakim vəzifəsinə namizədini tövsiyə edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakim seçkisi Komitəsi Lətif Hüseynovu Azərbaycanı AİHM-də təmsil edəcək yeni hakim vəzifəsinə namizəd kimi tövsiyə edib.

Bu barədə "Report"a Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mətbuat xidmətindən bildiriblər.

AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Komitənin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin - Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. AİHM-in hakim seçkisi Komitəsi daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

AİHM-ə hakim seçiminin AŞPA-nın oktyabrın 10-14-də keçiriləcək plenar sessiyası çərçivəsində baş tutacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi