Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub Müvafiq qərar bu gün Avropa İttifaqı Şurası tərəfindən qəbul edilib
Xarici siyasət
13 Noyabr , 2017 13:50
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub

Bakı. 13 noyabr. REPORT.AZ / Toyvo Klaar Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsində təsdiqlənib. 

"Report" xəbər verir ki, müvafiq qərar bu gün Avropa Şurası tərəfindən qəbul edilib.

Onun vəzifəsi regiondakı münaqişələrin, yəni Gürcüstan böhranı və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, eləcə də regional əməkdaşlığın təşviqinə kömək etməkdən ibarət olacaq.

Toyvo Klaar hazırda Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) Mərkəzi Asiya şöbəsinin rəhbəridir və bu təyinata qədər Aİ-nin Gürcüstandakı müşahidəçi missiyasının rəhbəri vəzifəsində çalışıb.

Toyvo Klaar 2014-ci il iyulun 8-dən bu vəzifəni tutan səfir Herbert Zalberi əvəz edib.

Son xəbərlər

Orphus sistemi