Aİ komissarı: "Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik"

Aİ komissarı: "Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik" Bakı. 20 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcək.
Xarici siyasət
20 Dekabr , 2017 18:18
Aİ komissarı: Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcəyik
AFP / THIERRY CHARLIER

Bakı. 20 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Azərbaycanda həyata keçirilən islahatları dəstəkləməyə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han bildirib.

Onun fikirləri bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda əksini tapıb.

"Azərbaycanın davamlılığı yüksəltmək, o cümlədən iqtisadiyyatın diversifikasiyası üzrə səylərini görürük. Azərbaycanda müxtəlif güclü və hərtərfəli cəmiyyət yaratmaq üçün kömək etməyə hazırıq. Dövlət idarəçiliyi və ədalətli mühakimə kimi sahələrdə islahatların aparılmasına yardımı davam etdirəcəyik. Bunlar qanunun aliliyini gücləndirəcək və Azərbaycanı investorlar üçün daha cəlbedici edəcək", - Aİ komissarı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi