ABŞ səfiri: "Geridə qalan üç ildə ölkələrimiz və xalqlarımız bir-birini daha yaxşı anlayıb"

ABŞ səfiri: "Geridə qalan üç ildə ölkələrimiz və xalqlarımız bir-birini daha yaxşı anlayıb" "Ailəmizin hər bir üzvü Azərbaycanı o qədər sevir ki, mütləq bura qayıdacağıq"
Xarici siyasət
26 Mart , 2018 16:02
ABŞ səfiri: Geridə qalan üç ildə ölkələrimiz və xalqlarımız bir-birini daha yaxşı anlayıb
Report

Quba. 26 mart. REPORT.AZ/ "Azərbaycandakı diplomatik karyeram ərzində mənim üçün ən yaddaqalan məqam ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşması və inkişafı olub."

"Report" xəbər verir ki, bunu yaxın günlərdə ölkəmizdəki diplomatik missiyasını başa vuracaq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir diplomatik münasibətlərin həmişə daha da inkişaf etməsinin mümkünlüyünü söyləyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərdiyi dövrü və ondan əvvəlki müddəti müqayisə etdikdə, geridə qalan üç il ərzində ölkələrimiz və xalqlarımız bir-birini daha yaxşı anlamağa başlayıb.

"Ailəmizin hər bir üzvü Azərbaycanı o qədər sevir ki, mütləq bura qayıdacağıq", - səfir əlavə edib.

Son xəbərlər

Orphus sistemi