DMX rəisi: "Bu il əməkçi miqrantlarla bağlı kvotanın yarısı dolub"

DMX rəisi: "Bu il əməkçi miqrantlarla bağlı kvotanın yarısı dolub" Nazirlər Kabineti əməkçi miqrantlarla bağlı bu il üçün 6800 kvota müəyyənləşdirib və artıq yarıdan çox həddə əcnəbi Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.
Sosial müdafiə
13 Sentyabr , 2019 11:39
DMX rəisi: Bu il əməkçi miqrantlarla bağlı kvotanın yarısı dolub
DMX rəisi Vüsal Hüseynov / Report / Elchin Murad

"Nazirlər Kabineti əməkçi miqrantlarla bağlı bu il üçün 6800 kvota müəyyənləşdirib və artıq yarıdan çox həddə əcnəbi Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DMX rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmamalıdır: "Kvota bitdiyi təqdirdə hökumət tərəfindən təkrar baxıla bilər. Onu da qeyd edim ki, daimi yaşama icazəsi olan şəxslər, yaxud da Azərbaycan vətəndaşı ilə nikahda olan şəxslər iş icazəsindən azaddırlar".

V.Hüseynov əlavə edib ki, əmək bazarının milliləşməsi dövlətin yanaşmasından biridir: "Enerji sektorunda 90 faizdən yuxarı yerli vətəndaşların əməyindən istifadə olunur. Əvvəllər hər hansı tikinti sektorunda və ya səhiyyə sektorunda əcnəbilər vardısa, bu gün onları yerli mütəxəssislər əvəz edirsə, deməli bu nəticə olaraq mililəşmənin müsbət göstəricisidir. Nəzərə alın ki, əcnəbi işçi qüvvəsi həm də resurs tutumludur. Yəni onlar üçün iş icazəsi alınmalıdır. Bu da müddətə görə dəyişir. 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 600, 1 illik rüsumun qiyməti isə 1000 manat təşkil edir".

Son xəbərlər

Orphus sistemi