Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır

Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır Səfirlərə Rusiya XİN-də notalar təqdim olunub
Region
30 Mart , 2018 17:09
Rusiya qərb ölkələrinin bəzi diplomatlarını ölkədən çıxarır

Bakı. 30 mart. REPORT.AZ / Rusiya "Skripal işi" ilə bağlı onun diplomatlarını ərazisindən çıxaran ölkələrə qarşı analoji addımlar atmağa başlayıb.

"Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, Moskva iki italiyalı, bir finlandiyalı, iki hollandiyalı, üç litvalı diplomata ölkəni tərk etmək üçün bir həftə vaxt verib.

Polşa XİN bildirir ki, polşalı diplomatların dördü aprelin 7-dək Rusiya ərazisini tərk etməlidir.

Xatırladaq ki, Rusiya XİN-in məlumatına əsasən, "Skripal işi" üzrə rusiyalı diplomatları ərazisindən çıxaran ölkələrin səfirləri xarici siyasət idarəsinə çağırılıb, onlara etiraz notları təqdim olunub və cavab tədbirləri barədə xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi