Gürcüstanda meşə yaxınlığında yanğın baş verib

Gürcüstanda meşə yaxınlığında yanğın baş verib Gürcüstanın Laqodexi rayonunun Matsimi kəndi yaxınlığında yanğın baş verib.
Region
19 Avqust , 2019 15:27
Gürcüstanda meşə yaxınlığında yanğın baş verib

Gürcüstanın Laqodexi rayonunun Matsimi kəndi yaxınlığında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Meşə yaxınlığında qeydə alınan yanğın nəticəsində 10 hektar sahədə ot və kol örtüyü yanıb.

Yanğının aradan qaldırılmasına yaxınlıqdakı rayonlardan da yanğınsöndürənlər cəlb olunub. Küləyə baxmayaraq, yanğının lokallaşdırılmasına nail olunub.

Yanğının başvermə səbəbi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi