Ermənistanda koronavirusdan ölənlərin sayı 217-yə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 217-yə çatdı Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb.
Region
9 İyun , 2020 10:56
Ermənistanda koronavirusdan ölənlərin sayı 217-yə çatdı

Ermənistanda daha 350 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 675-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 217-yə çatıb. İndiyədək 4 451 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,2 milyonu ötüb. Bunların 3,5 milyon nəfərdən çoxu sağalıb, 408 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi