Ərdoğan: "Suriya ilə sərhəd rayonlarında yeni antiterror əməliyyatlarına hazırıq"

Ərdoğan: "Suriya ilə sərhəd rayonlarında yeni antiterror əməliyyatlarına hazırıq" Bakı. 25 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriya ilə sərhəddə yeni antiterror əməliyyatlarının keçirilməsinə hazırdır.
Region
25 Mart , 2018 08:43
Ərdoğan: Suriya ilə sərhəd rayonlarında yeni antiterror əməliyyatlarına hazırıq
Foto: "Anadolu"

Bakı. 25 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriya ilə sərhəddə yeni antiterror əməliyyatlarının keçirilməsinə hazırdır.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Məlumata görə Türkiyə prezidenti qeyd edib ki, Afrində keçirilən əməliyyatda ümumilikdə 3740 terrorçu zərərsizləşdirilib.

Samsunda çıxış edən dövlət başçısının sözlərinə görə, Suriyanın bütün oyunçularının hədəfi və taktikası region sakinlərinə məlumdur. Prezident qeyd edib ki, Türkiyə Suriyanın bir sıra rayonlarının sakinlərinin çağırışlarını cavabsız qoymayacaq.

Bununla yanaşı, Ərdoğan vurğulayıb ki, heç kimin Türkiyənin Suriyanı işğal etdiyini bildirməyə haqqı yoxdur. "Məhz Qərb bütün tarix boyu özünü işğalçı və təcavüzkar kimi göstərib", - deyə Türkiyə dövlətinin rəhbəri bildirib. 

Son xəbərlər

Orphus sistemi