Gürcüstanın yeni baş naziri məlum olub - YENİLƏNİB

Gürcüstanın yeni baş naziri məlum olub - YENİLƏNİB Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.
Region
3 Sentyabr , 2019 10:02
Gürcüstanın yeni baş naziri məlum olub - YENİLƏNİB

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria ölkənin baş naziri təyin olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş qərargahında keçirilən brifinqdə bildirilib.

G.Qaxaria 2016-2017-ci illərdə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində işləyib. O, bundan öncə iqtisadi şuraya rəhbərlik edib və biznes ombudsmanı olub. 

G.Qaxaria 2017-ci ilin noyabrın 13-dən Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub. O, həmçinin Milli Təhlükəsizlik Şurasının katibidir. 


*** 09:25

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının Siyasi Şurasının iclası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, partiyanın baş qərargahında keçirilən toplantıya partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edir.

İclasda ölkənin baş naziri vəzifəsinə namizəd və hökumət dəyişiklikləri müzakirə olunur.

Siyasi Şuranın toplantısından sonra hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunun iclası keçiriləcək. İclasda hökumət dəyişiklikləri ilə bağlı yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri Mamuka Baxtadze ötən gün istefa verib. O, 2018-ci ilin iyunundan hökumətə başçılıq edib. 

Son xəbərlər

Orphus sistemi