Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır”

Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır” Ermənistan silahlı birləşmələrinin sərhəd kəndlərini atəşə tutması, mülki əhalini hədəfə alması işğalçının terrorçu mahiyyətini bir daha təsdiqləyir
Milli Məclis
14 İyul , 2020 18:12
Könül Nurullayeva: “Ermənistan hərbi bölmələrinin dinc əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır”
Könül Nurullayeva

"Ermənistan silahlı birləşmələrinin sərhəd kəndlərini atəşə tutması, mülki əhalini hədəfə alması işğalçının terrorçu mahiyyətini bir daha təsdiqləyir. Təəssüf ki, Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs, Tovuz rayonunun Ağdam kənd sakini həlak olub. Eyni zamanda Dondar Quşçu və Ağdam kəndlərində insanların yaşayış evləri məqsədli şəkildə gülləbaran edilir. Burada düşmənin əsas məqsədlərindən biri insanlarda vətənpərvərlik əhval-ruhiyyəsini boğmaq, insanların yaşadıqları əraziləri tərk etməsinə nail olmaqdır. Lakin düşmənin təxribatçı cəhdləri hər zaman olduğu kimi, bu dəfə də nəticəsiz qalmaqdadır".

"Report"un xəbərinə görə, bunu deputat Könül Nurullayeva deyib.

O bildirib ki, insanlar nəinki yaşayış yerlərini tərk etmir, əksinə hərbçilərimizə dəstək göstərməyə hazırdırlar:

"Əslində mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni vandalizminin ən aşkar və bariz nümunəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən düşmən danışıqların da formatını kobud şəkildə pozur. Mülki insanları qətlə yetirir, hətta vaxtaşırı təmas xəttində müşahidələr aparan ATƏT-in monitorinq qrupunu belə atəşə tutmaqdan çəkinmir. Yəni, Ermənistan özünü daha çox terrorçu təşkilat kimi aparır.

Bundan əvvəl də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Nəticədə mülki vətəndaşlarımız həlak olub, onların arasında hətta azyaşlı uşaqlar da var. Mütəmadi olaraq, Ermənistanın bu vandal aktları nəticəsində əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan dəyib. Bu məsələyə beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən sərt reaksiya verilməlidir. Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə alması ciddi şəkildə qınanmalıdır", - deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi