Modern.az-ın fəaliyyətə başlamasından 11 il ötür

Modern.az-ın fəaliyyətə başlamasından 11 il ötür Bu gün Modern.az xəbər agentliyinin yaranmagünüdür.
Media
1 Sentyabr , 2020 10:29
Modern.az-ın fəaliyyətə başlamasından 11 il ötür

Bu gün Modern.az Xəbər Agentliyinin yaranma günüdür.

“Report”un xəbərinə görə, saytın fəaliyyətə başlamasından 11 il ötür.

2009-cu ilin sentyabrın 1-də yaradılan Modern.az Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

Hazırda Azərbaycanın onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanan portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Modern.az-ın Azərbaycanda və dünyada baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az bir media quruluşu olaraq ötən 11 il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər istehsalçısına çevrilib.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi Modern.az Xəbər Agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

“Report” İnformasiya Agentliyi Modern.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi