Rusiya telekanalında Azərbaycan haqqında verilişlər yayımlanacaq

Rusiya telekanalında Azərbaycan haqqında verilişlər yayımlanacaq İyunun 19-dan etibarən "Sankt-Peterburq" telekanalında hər həftə Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq
Mədəniyyət siyasəti
7 İyun , 2017 10:13
Rusiya telekanalında Azərbaycan haqqında verilişlər yayımlanacaq

Sankt-Peterburq. 7 iyun. REPORT.AZ/ Rusiyanın "Sankt-Peterburq" telekanalında "Azərbaycana gedən yol" adlı verilişlərin tsiklinin nümayişi başlayacaq.

Bu barədə "Report"a müsahibəsində Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov bildirib.

Onun sözlərinə görə, iyunun 19-dan etibarən "Sankt-Peterburq" telekanalında hər həftə rus dilində Azərbaycana həsr olunmuş veriliş yayımlanacaq.

"Qeyd edim ki, Sankt-Peterburqda bu, ilk dəfə baş verir. Bənzər proqramların təşkili təcrübəsini hələ Azərbaycanın Yekaterinburqdakı baş konsulu işlədiyim zaman əldə etmişəm. O vaxt uzun müddət yerli telekanalda Azərbaycan haqqında proqram göstərildi. İndi eyni layihəni Sankt-Peterburqda həyata keçirmək niyyətindəyik. Eyni zamanda, "Sankt-Peterburq" telekanalının bəzi verilişlərinin Azərbaycan teleyayım məkanında nümayiş etdirilməsi imkanlarını nəzərdən keçiririk", - S.Qasımov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi