Qırğızıstan prezidenti müəllifi olduğu mahnılardan ibarət CD-disk yazdırıb

Qırğızıstan prezidenti müəllifi olduğu mahnılardan ibarət CD-disk yazdırıb Avqust ayında prezident qırğız dilində olan mahnılar yazmağı planlaşdırır
Mədəniyyət siyasəti
7 İyul , 2016 10:23
Qırğızıstan prezidenti müəllifi olduğu mahnılardan ibarət CD-disk yazdırıb

Bakı. 7 iyul. REPORT.AZ/ Qırğızıstan prezidenti Almazbek Atambayev yubileyi ərəfəsində qohumlarına və yaxınlarına hədiyyə qismində müəllifi olduğu mahnılardan ibarət CD-disk yazdırmaq qərarına gəlib.

"Report" "Tengrinews.kz" portalına istinadən xəbər verir ki, ümumilikdə rus dilində olan 5 mahnı səs qeydiyyatına alınıb.

Audiosəslənməni səs rejissoru Ernist Umetaliyev edib. Səsyazma üçün Qırğızıstan prezidenti təxminən bir saat vaxt sərf edib.

Almazbek Atambayev bu ilin avqustunda məzuniyyətə çıxdığı zaman qırğız dilində olan mahnılar yazmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi