IV Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb

IV Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb Tədbirlər çərçivəsində həmçinin siyasi, elmi və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 8 dəyirmi masa keçiriləcək
Mədəniyyət siyasəti
9 Sentyabr , 2014 12:17
IV Bakı Beynəlxalq Humanitar Forumunun keçiriləcəyi tarix açıqlanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ IV Bakı Beynəlxalq Humanitar Forumu bu il oktyabrın 2-3-də keçiriləcək. Report Forumun rəsmi saytına istinadən xəbər verir ki, forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasi, elmi və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 8 dəyirmi masa, Bakı beynəlxalq multikulturalizm mərkəzinin təqdimetmə mərasimi keçiriləcək.

İştirakçılar "Multikulturalizmin müqayisəli tədqiqləri", "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri", "İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu", "Davamlı inkişaf və ekoloji sivilizasiya", "Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında", "Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər", "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları", "Humanizm postmodern dövrün başlıca dəyəri kimi" mövzularında fikir mübadiləsi aparacaq.

Bakı beynəlxalq humanitar forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu il Forumunun təşəbbüsçüləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev olub.

Son xəbərlər

Orphus sistemi