Belçikada "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin açılışı olub

Belçikada "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin açılışı olub Tədbirdə Avopa Parlamentinin yüksək vəzifəli şəxslər də iştirak ediblər
Mədəniyyət siyasəti
22 İyun , 2017 19:54
Belçikada Azərbaycan - tolerantlıq diyarı adlı sərginin açılışı olub

Bakı. 22 iyun. REPORT.AZ/ Brüsseldə Azərbaycanın Belçikadakı səfirliyi və "Dirçəliş" gənclərin sosial-psixoloji reabilitasiya mərkəzi tərəfindən Azərbaycanın gənc rəssamlarının əsərlərindən ibarət "Azərbaycan - tolerantlıq diyarı" adlı sərginin açılış mərasimi keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, sərgidə nümayiş etdirilmək üçün 24 gənc rəssamın 84 əsəri seçilib. 

Sərgi iyunun 25-dək Brüsselin tarixi mərkəzində yerləşən "Art Thema" qalereyasında nümayiş etdiriləcək.

Səfir Fuad İsgəndərov çıxışında Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan və eyni zamanda möhkəm tolerant ənənələri və multikultural dəyərləri olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəst-xəttinin dünyada tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib. Daha sonra F.İsgəndərov tərəfindən iştirakçı rəssamlara sertifikatlar təqdim olunub.

Tədbirdə Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin “Nepridumannaya jizn” adlı kitabının da təqdimatı keçirilib və Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədovun əsərləri nümayış edilib.

Açılış mərasimində həmçinin Avropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetski, AP-nın üzvləri Anneli Yaatenmaki və Hannu Takkula, Belçika içtimayətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri və digərləri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi