Bakıda "İtalyan dili həftəsi" keçiriləcək

Bakıda "İtalyan dili həftəsi" keçiriləcək Tədbir çərçivəsində konsertlər, master-klasslar və filmlərin nümayişi təşkil olunacaq
Mədəniyyət siyasəti
29 Sentyabr , 2017 15:50
Bakıda İtalyan dili həftəsi keçiriləcək
Report

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakıda italyan dili qlobal aksiyası çərçivəsində "İtalyan dili həftəsi" təşkil olunacaq.

İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir oktyabrın 16-dan 23-dək keçiriləcək.

Tədbirlərdə konsertlər, master-klasslar və filmlərin nümayişi olacaq.

Tədbirin xüsusi qonağı italiya ssenarist Françesko Brunidir.

Qeyd edək ki, "İtalyan dili həftəsi" 2001-ci ildən bəri hər il İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi