Azərbaycan Rəssamlar İttifaqının rəhbəri MDB-nin "Birliyin Ulduzu" mükafatına layiq görülüb

Azərbaycan Rəssamlar İttifaqının rəhbəri MDB-nin "Birliyin Ulduzu" mükafatına layiq görülüb Laureatların mükafatlandırılması mərasimi dekabr ayında Moskvada keçiriləcək
Mədəniyyət siyasəti
24 Oktyabr , 2017 17:01
Azərbaycan Rəssamlar İttifaqının rəhbəri MDB-nin Birliyin Ulduzu mükafatına layiq görülüb
Nar Gallery

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, Azərbaycan Rəssamlar İttifaqının rəhbəri Fərhad Xəlilov Müstəqil Dövlətlər Birliyinin (MDB) "Birliyin Ulduzu" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, "Birliyin Ulduzları" dövlətlərarası mükafatın təqdim edilməsi Şurası bu gün MDB-nin əsas humanitar mükafatının laureatlarının adlarını elan edib. Dəyərli mükafat uğrunda 8 ölkədən 12 namizəd olub.

Qeyd edək ki, "Birliyin Ulduzları" mükafatı hər il MDB ölkələrinin nümayəndələrinə dünya səviyyəli nailiyyətlərə müvafiq gələn və həm ayrı-ayrılıqda MDB ölkələrinin, həm də bütövlükdə Birliyin inkişafına xidmət edən humanitar fəaliyyət sahəsindəki ən mühüm uğurlara görə təqdim olunur. Mükafatın məbləği 2 milyon rubldur (59,2 min manat).

Laureatların mükafatlandırılması ilə bağlı təntənəli mərasim dekabr ayında - MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının Forumu keçirilən zaman Moskvada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi