Amerikalı caz ifaçısı Azərbaycanda bir sıra konsertlər verəcək

Amerikalı caz ifaçısı Azərbaycanda bir sıra konsertlər verəcək Bakıda ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyinə həsr olunmuş konsert keçirilib
Mədəniyyət siyasəti
13 Aprel , 2017 10:13
Amerikalı caz ifaçısı Azərbaycanda bir sıra konsertlər verəcək
Report.az

Bakı. 13 aprel. REPORT.AZ/ ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə məşhur amerikalı caz vokalisti Qabriella Stravelli və onun qrupu Azərbaycanda bir sıra konsertlər verəcək.

"Report" xəbər verir ki, aprelin 12-də Beynəlxalq Muğam Mərkəzində amerikalı vokalist və azərbaycanlı müğənni Sevda Ələkbərzadənin konserti olub. Konsertdə iştirak edənlər onların ifasında bir sıra caz ifalarını dinləyib.

Bundan əlavə, Q.Stravelli aprelin 13-də Xaçmazda, 14-də Salyanda, 15-də Kürdəmirdə, 16-da isə Gəncədə konsertlər verəcək.

Son xəbərlər

Orphus sistemi