İran indiyə qədər Azərbaycana 3,1 mlrd. dollar investisiya yatırıb

İran indiyə qədər Azərbaycana 3,1 mlrd. dollar investisiya yatırıb Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qonşu ölkənin neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.
Maliyyə
13 Mart , 2018 14:59
İran indiyə qədər Azərbaycana 3,1 mlrd. dollar investisiya yatırıb

Bakı. 13 mart. REPORT.AZ/ Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev qonşu ölkənin neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, görüşdə Azərbaycan və İranın neft-qaz sahəsində əlaqələri və bu sahədə mövcud potensialdan istifadə olunmaqla əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Ş.Mustafayev Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan dünya əhəmiyyətli iri neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi barədə geniş məlumat verib. O qeyd edib ki, İran indiyə qədər Azərbaycana, ümumilikdə, 3,1 mlrd. ABŞ dolları investisiya yatırıb ki, bunun da 2,95 mlrd. dolları neft sektoruna qoyulub. Neft-qaz sahəsində Azərbaycan və İran şirkətlərinin fəaliyyətini qeyd edən nazir təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanları, Xəzər dənizində yataqların birgə işlənməsi, neft-qaz maşınqayırması avadanlıqlarının Azərbaycanda birgə istehsalı, neft-kimya sahəsində əməkdaşlıq və s. məsələlərə dair fikirlərini bildirib.

Son xəbərlər

Orphus sistemi