Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 696,1 milyon manat təşkil edib.
Maliyyə
8 İyun , 2020 11:42
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 2% azalıb
Report

Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 696,1 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% azdır.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,3% azalaraq 398,5 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 2,6% artaraq 1 227,4 milyon manat, aksizlər üzrə daxilolmalar 53,1% azalaraq 54,5 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 6,7% azalaraq 15,7 milyon manat olub. 

Son xəbərlər

Orphus sistemi