İran aviaşirkəti Bakıya uçuşlara başlayır

İran aviaşirkəti Bakıya uçuşlara başlayır Uçuşların həftədə 3 dəfə "Airbus A310" layneri ilə yerinə yetirilməsi planlaşdırılır
İnfrastruktur
7 Oktyabr , 2016 10:35
İran aviaşirkəti Bakıya uçuşlara başlayır

Bakı. 7 oktyabr. REPORT.AZ/ İranın "Mahan Air" aviaşirkəti oktyabrın 31-dən etibarən Tehran-Bakı-Tehran marşrutu üzrə müntəzəm uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən "Report"a bildirilib ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası müvafiq icazəni sözügedən aviaşirkətin uçuşları həftədə 3 dəfə yerinə yetirmək sorğusundan sonra verib.

Uçuşların həftədə 3 dəfə - çərşənbə axşamı, çərşənbə və bazar günləri "Airbus A310" layneri ilə yerinə yetirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" və "ATA Airlines" aviaşirkətləri də Tehrana uçuşlar həyata keçirir.

Son xəbərlər

Orphus sistemi