“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan Dəmir Yolları” SC-nin törəmə “GR Transit” şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırıb.
İnfrastruktur
12 Sentyabr , 2018 11:29
“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib
Report
0 : 00
0 : 00

Tbilisi. 12 sentyabr. REPORT.AZ/ “Gürcüstan Dəmir Yolları” SC-nin törəmə “GR Transit” şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə şirkətin direktoru David Çiradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

O bildirib ki, “GR Transit” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər Azərbaycan şirkətlərinə neft və neft məhsullarının Gürcüstan ərazisi üzrə daşınması üçün güzəştli və rəqabətli tariflər təklif etməyə hazırdır.

D.Çiradze qeyd edib ki, rəhbərlik etdiyi şirkət gələcəkdə Azərbaycandan digər yük növlərininin daşınması tariflərinə də güzəşt tətbiq edə bilər. 

Son xəbərlər

Orphus sistemi