Avropa aviaholdinqi Niderland hökumətindən yardım alacaq

Avropa aviaholdinqi Niderland hökumətindən yardım alacaq Avropanın aparıcı aviadaşıma holdinqi - “Air France- KLM koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhranlı vəziyyətdən çıxmaq üçün Niderland hökumətindən 3,4 milyard avro (3,8 milyard ABŞ dolları) yardım alacaq.
İnfrastruktur
26 İyun , 2020 15:14
Avropa aviaholdinqi Niderland hökumətindən yardım alacaq

Avropanın aparıcı aviadaşıma holdinqi - “Air France- KLM" koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhranlı vəziyyətdən çıxmaq üçün Niderland hökumətindən 3,4 milyard avro (3,8 milyard ABŞ dolları) yardım alacaq.

“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir. 

Məsələ ilə bağlı açıqlama verən Niderlandın Maliyyə naziri Vopke Hoekstra bildirib ki, holdinqə dövlətin maliyyələşdirdiyi kommersiya fondlarından 2,4 milyard avro, birbaşa hökumətdən isə 1 milyard avro veriləcək.

“Maliyyələşdirmə paketi uzun və çətin bərpa prosesini təmin etmək üçün lazımdır. Biz marşrut şəbəkəsinin bərpası, yenidənqurma planının inkişaf etdirilməsi və şərtlərin hazırlanması üzərində işləyəcəyik”, - “Air France KLM”in rəhbəri Pieter Elber bildirib. 

Xatırladaq ki, “Air France- KLM" Fransanın və Hollandiyanın milli aviadaşıyıcılarının iştirakı ilə 2004-cü ildə qurulub. Yardım barədə xəbərlərdən sonra fond birjalarında holdinqin səhmləri 6,3% bahalaşıb. 

Son xəbərlər

Orphus sistemi